Valideyn himayəsindən məhrum olma riski altında olan uşaqlarla sosial işdə QHT təcrübəsi öyrənilir

Uşaqlarımızı qoruyacaq qanun
April 25, 2017

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Bakı şəhərinin Suraxanı, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Binəqədi, Sabunçu, Qaradağ rayon icra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüqüqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələri və Abşeron rayon İcra Hakimiyyətinin eyni adlı komissiyasının nümayəndələrinin iştirakıilədəyirmi masa keçirib.

SalamNews xəbər verir ki, dəyirmi masanın əsas məqsəd ictimai vəkillik tədbirləri çərçivəsində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi komissiyalarının nümayəndələrinin valideyn himayəsindən məhrum olma riski altında olan uşaqların qiymətləndirilməsi istiqamətində “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının sosial iş təcrübəsi ilə tanışlıq xarakteri daşıyırdı.

Tədbirdə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının İctimai vəkillik üzrə mütəxəssisi tərəfindən uşaq və ailələrin qiymətləndirilməsi üçün istifadə edilən sosial işin “Keys management” yanaşması ilə bağlı təqdimat edilib və uşaqların real vəziyyətinin düzgün qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi məqsədi ilə Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın əməkdaşlarının sosial iş bacarıqlarınınartırılmasına dəstək olaraq bu təcrübənin gələcəkdə komissiya tərəfindən işlənilməsi ilə bağlı müzakirələr edilib.

Dəyirmi masa iştiraçıları “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının bu təklifini yüksək qiymətləndirdi və bu tədbiri dövlət qurumları ilə uşaq hüqularının müdafiəsi ilə məşğul olan QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addım olaraq dəyərləndirdilər.

Bildirək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi 1999-cu ildə Azərbaycan Respublikası hökuməti və “SOS Kinderdorf International” təşkilatı arasında imzalanmış sazişə əsasən yaradılıb. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001- ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. Artıq 15 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir. Təşkilatımız həmçinin uşaq hüquqlarının qorunması və uşaq müdafiəsi sahəsində ictimai vəkillik fəaliyyətini həyata keçirir.