Beynəlxalq SOS

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ictimai birliyi əsası  1949- cu  ildə Avstriyanın İmst şəhərində  Herman Qmayner tərəfindən qoyulmuş “SOS Kinderdorf İnternational” humanitar təşkilatının bir üzvüdür. “SOS Kinderdorf İnternational” təşkilatı valideyn himayəsindən, valideyn qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri və ailə mühiti ilə təmin edir, onları  müstəqil həyata hazırlayır. “SOS Kinderdorf İnternational” humanitar təşkilatı BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gələn müddəalara dayanaraq özünün Hər uşağa sevgi dolu bir ev… təşəbbüsünü icra etməkdədir.

 

“SOS Kinderdorf İnternational” təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində  fəaliyyət göstərərək UNESCO ilə sıx əlaqədə çalışır və BMT-nin sosial-iqtisadi şurasının reyestrinə daxildir. 1999-cu ildə, 50 illik yubileyi ərəfəsində “SOS Kinderdorf İnternational” təşkilatının namizədliyi Nobel Sülh Mükafatı üçün irəli sürülüb. 2002-cı ildə isə “SOS Kinderdorf İnternational” təşkilatı ən önəmli beynəlxalq humanitar mükafat olan “Konrad Hilton” mükafatına layiq görülüb.

 

“SOS Kinderdorf İnternational” humanitar təşkilatı barədə ətraflı məlumat üçün Federasiyasının rəsmi web səhifəsinə Burdan keçid edə bilərsiniz.