İnsan resursları

“SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiyası İB-in əsas məqsədi uşaqlara yüksək səviyyədə ailə qayğısı göstərməkdir. Bu məqsədə nail olmaq üçün təşkilatımız  ilk növbədə, tələb olunan keyfiyyətlərə, bacarıqlara və peşəkar öhtəliyə sahib işçi heyətinə sahibdir.

“SOS Uşaq Kəndləri – Azərbaycan”  öz əməkdaşlarının bilik və peşəkar bacarıqlarının təkmilləşdirilməsinə dəstək verməklə davamlı inkişafı təmin edir. Hər bir işçini uzunmüddətli inkişafa həvəsləndirən fərdi təlim ehtiyacları dəyərləndirilir və fəaliyyəti qiymətləndirilir.

Hər bir işçi müxtəsər olaraq işin təsviri ilə tanış olur. Bunun vasitəsilə işçilər təşkilatdakı öhtəliklərini və rollarını aydın şəkildə anlayır, hansı ki, onlara real iş hədəflərini müəyyənləşdirməyə, əməkdaşlarla müştərək işləməyə və aydın şəkildə müəyyən edilmiş öhdəliklər daxilində sərbəst şəkildə inkişaf etməyə imkan yaradır.

Bütün yeni işçilər peşəkar şəkildə şəffaf müsahibə prosesindən keçməli və iş təklifi edilməzdən öncə düzgün qiymətləndirilməlidirlər. Bu proses işin öhdəliklərini effektiv şəkildə  yerinə yetirmək üçün onların lazımi bacarıq, keyfiyyət və təcrübələri olduğu təqdirdə həyata keçirilir.

Əməkdaşlarımız təşkilatın  dəyərlərini öz dəyərləri kimi qiymətləndirməli və onun missiyasını yerinə yetirmək üçün çalışmalıdırlar.

İşəgötürmə prosesi yalnız Milli Assossiasiyanın təsdiq etdiyi ştat cədvəlinə daxil olan vəzifələr üçün həyata keçirilir. Bütün vakant vəzifələr üzrə spesifikliyi nəzərə alınmaqla KİV, social media və ya televiziyada elan yerləşdirilir. Proses 3 mərhələdə həyata keçirilir.

Bütün müsahibələr namizədlərin daha dərin və obyektiv qiymətləndirməsinin aparılması, tərəfkeşliyin qarşısının alınması və şəfafflığın təmin edilməsi məqsədi ilə  ən azı iki nəfər tərəfindən aparılır. Vəzifə tələbləri nəzərə alınaraq  Regional Ofis  və acar vəzifələr üçün isə idarə heyəti üzvləri  müsahibədə iştirak edirlər.

Bizim təklifimiz:

Peşəkar və yüksək insanlıq xüsusiyyətlərinin  ön planda olduğu Beynəlxalq QHT iş mühitində çalışmaq fürsəti.

Vakant vəzifələr haqqında məlumatı   bizim facebook səhifəmizdən, www.azerweb.com saytından və buradan ala bilərsiniz.