Strateji əməkdaşlıq

Uşaqlar, ailələr və cəmiyyət üzünmüddətli və sadiq partnyorluq və güclü icma şəbəkəsi sayəsində çiçəklənir və inkişaf edir. Bizim yerli və beynəlxalq korporativ partnyorlarımız bunun reallığa çevrilməsinə kömək edirlər.
Bunlar SOS Uşaq Kəndlərinin uşaqlar və gənclərin inkişafı üçün icra etdiyi layihələri öz maliyyə, vaxt, ekspertlik və xeyriyyəçilik faəliyyətləri ilə dəstəkləyən üzünmüddətli partnyorlardan öndə olanlarıdır.
Sizin də Şirkətiniz bizimlə əməkdaşlıq edərək risk altında olan və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin ev, sağlamlıq, keyfiyyətli təhsil, peşə təhsili və digər ehtiyaclarını qarşılaya bilər.

 

Boulevard Otel bizim partnyor olaraq hər il keçirilən Starteji Planlaşdırma iclasımıza ev sahibliyi etmişdir.


Oriflame şirkəti uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi məqsədilə onların xüsusi hazırlıq kurslarına yönləndirilməsini təmin etmişdir.


Barrington Education İnitiatives Gəncə şəhərində Gənclərin təhsili və Gənclər Evinin bərpası layihəsinə dəstək olmuşdur.


JW Marriott Abşeron Otel uşaqların və gənclərin inkişafı üçün hər il ZEST restoranında xüsusi kampaniya həyata keçirir.


Westgate Ticarət Cərgəsi Şəmkir şəhərində yerləşən bir neçə ticarət müəssisəsində və marketlərdə ianə qutularının yerləşdirilməsinə dəstək vermişdir.


KPMG şirkəti Bakı SOS Uşaq Kəndində uşaqlar üçün müasir konteksdə kitabxana qurmuşdur.


GRBS şirkəti gənclərin təhsil imkanlarını genişləndirmək üçün onların GRBS-də olan bütün kurslara ödənişsiz olaraq qatılmasını təmin etmişdir. Eyni zamanda  “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin tədbirlərinə də ev sahibliyi etməkdədir.


Bakcell Şirkəti bizim uzunmüddətli partnyorumuz olaraq uşaq və gənclərin İKT sahəsində bilik və imkanlarının artırılması üzrə layihələr icra etməkdədir.