Bu layihə Gəncədə fəaliyyət göstərir. Layihənin əsas məqsədi böhran vəziyyətində yaşayan uşaqlara qayğı və müvəqqəti sığınacağın verilməsi, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz və tərbiyəvi mühitin yaradılması və SOS Azərbaycan Assosiasiyasının yerli İcra Hakimiyyəti ilə birgə uşaq hüqüqların qorunmasını təmin etməsidir. Layihədə qalma müddəti 1 aydan 12 aya gədərdir. İşçi heyəti 4 sosial pedaqoq və 1 aşpazdan ibarətdir.
Hədəf qrupu
- 3 – 14 yaşa qədər uşaqlar
- Qeyri -normal sosial şəraitdə yaşayan ailələr
- Valideynləri istintaq altında olan uşaqlar (istintaq dövründə qəyyumluq məsələsi həll olunana qədər)
- Valideynlər tibbi müalicə aldıqda və ya xəstəxanada olduqda
- İtmiş uşaqlar (valideynlərin axtarış müddətində)
- Valideynlərini qəfil itirən uşaqlar
Uşaqlarla görülən işlər
- Hər bir uşaq üçün FİP(Fərdi inkişaf planı) yazılır və aparılan işlər bu plan əsasında qurulur.
- Ailələrin sosial problemləri sosial İşçilərin dəstəyi ilə həll olunur.
- Uşaqların tibbi muayinəsi Uşaq Kəndinin həkimi tərəfindən həyata keçirilir.
FİP aşağıda qeyd olunan sahələri əhatə edir:
- Sosial
- Psixoloji
- Sağlamlıq
- Təhsil
- Maraq və Həvəs
Dövlət orqanları ilə əməkdaşlıq
- Təhsil
Uşaqlar lazımı təhsil vəsaiti və avadanlıqla təmin olunurlar.
- Səhiyyə
Bütün dövlət tibb müəssisələrində tibbi müalicə və profilaktika ilə təmin edilirlər.
- Uşaq hüquqlarının müdafiəsi
Hüquqi şəxslər, qəyyum və müvafiq dövlət orqanları , məhkəmə, prokurorluq, yerli bələdiyyə, ictimai təşkilat və həmkarlar ittifaqı ilə əməkdaşlıq qurulur . Bu istiqamətdə təlim, məsləhətləşmə, dəyirmi masa, təcrübə mübadilələri keçirilir, uşaq hüquqları, uşaq müdafiəsi və de-institutlaşma ətrafında müzakirələr təşkil olunur.
- Sosial və hüquqi dəstək
Uşağa məxsus mülkiyyətlə bağlı çətin həll olunan işlərin həllinə müvafiq dövlət orqanları cəlb edilir.